Prezidentin oğlu Harvarddan məzun oldu - VİDEO

10:09 | 30.05.2014
Prezidentin oğlu Harvarddan məzun oldu - VİDEO

Prezidentin oğlu Harvarddan məzun oldu - VİDEO

Türkiyə Prezidenti Abdullah Gülün oğlu məzun olub.

Anspress-in məlumatına görə, Türkiyə Prezidenti Abdullah Gül və həyat yoldaşı Hayrunnisa Gül övladı Mehmet Emre Gülün Harvard Universitetindəki məzuniyyət mərasimində iştirak ediblər.Harvard Universiteti şəhərciyində keçirilən mərasimdə Gül ailəsi ilə yanaşı, sabiq ABŞ prezidenti Corc Buşun həyat yoldaşı Barbara Buş da iştirak edənlər arasında olub.Təxminən 6 min tələbənin məzun olduğu mərasimin açılışını Harvard Universiteti rektoru Dru Faust edib. Daha sonra mərasimdə sabiq ABŞ prezidenti Corc Buş, musiqiçi Aretna Franklin, iqtisadçı Cozef E. Stiqlitz, sənət tarixçisi Seymur Sliv, yazar İzabel Allend və Nyu York bələdiyyə sədri Maykl Blumberqə Harvard Universiteti tərəfindən fəxri doktor adı verilib.Prezident Gül isə fəxri doktor adı alanları ayaqüstə alqışlayanlardan olub. Ən yadda qalan məqamlardan biri isə Gülün oğlunun məzuniyyət mərasimində başına Bizans dəbilqəsi taxması olub.ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb