Prezidentin oğlu ruslarla döyüşündən danışdı

12:00 | 29.11.2014
Prezidentin oğlu ruslarla döyüşündən danışdı

Prezidentin oğlu ruslarla döyüşündən danışdı

Ukrayna prezidentinin oğlu Aleksey Poroşenko Ukraynanın şərqində xüsusi əməliyyat zonasında keçdiyi hərbi xidmətdən danışıb.

Bu barədə AzVision.az “TSN”-ə istinadən xəbər verir. “Mən professional hərbçi deyiləm, mən irəliyə gedən kommandos da deyiləm. Min minaatan bölmədə idim... Biz orada atəş açırdıq və digər hərbçilərə döyüşməkdə kömək edirdik”, - deyə Aleksey bildirib. Onun sözlərinə görə, onun batalyonu döyüşlərin gərgin olduğu ərazidə xidmət edib, ətrafdakıların təhlükəsizliyi üçün isə o, familiyasını Anisenko soyadına dəyişməyə məcbur qalıb. Qeyd edək ki, daha əvvəl Ukrayna prezidenti Pyotr Poroşenko bəyan etmişdi ki, onun oğlu könüllü şəkildə ölkənin şərqində artilleriya qoşunlarında xidmət edib. ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM