Qazaxıtan prezidentinin mətbuat xidməti xəbər yayıb.
Qazaxıstan prezidenti Nursultan Nazarbayevin qızı ölkənin baş nazirinin müavini vəzifəsinə təyin olunub.
ANS PRESS-in məlumatına görə, Qazaxıstan prezidentinin mətbuat xidməti xəbər yayıb.
Bununla bağlı imzalanan fərmanda qeyd olunur ki, Nazarbayeva Dariqa Nursultanova Qazaxıstan Respublikasının baş nazirinin müavini vəzifəsinə təyin edilsin.
Daha əvvəl Dariqa Nazarbayeva ölkə parlamentinin aşağı palatasının vitse-spikeri vəzifəsini tutub.
Qeyd edək ki, Nazarbayevin qızı Dariqa biznesmen həyat yoldaşı Raxat Əliyevlə qalmaqallı boşanmadan sonra 2011-ci ildə siyasətə qayıdıb. Qazaxıstan prezidentinin 3 qızı var. Onlar arasında ən böyüyü Dariqa Nazarbayevadır. O Moskva Dövlət Universitetinin tarix fakultəsində təhsil alıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !