Prezidentin şam yeməyində nurçular da iştirak etdi

12:09 | 09.04.2014
Prezidentin şam yeməyində nurçular da iştirak etdi

Prezidentin şam yeməyində nurçular da iştirak etdi

Türkiyə prezidenti Abddullah Gülün keniyalı həmkarı üçün Çankaya Köşkündə təşkil etdiyi şam yeməyi qalmaqala səbəb olub. ANS PRESS-in məlumatına görə, rəsmi şəkildə təşkil olunan şam yeməyinə Gülən camaatına (nurçu) məxsus iki nəfər də dəvət edilib. Ziyafətdə iştirak edən nurçuların AKP-dən istefa verən İzmir millət vəkili İlhan İşbilən ilə “Öməriyə Vakfı”nin rəhbəri Bilal Karaduman olduğu bildirilir. Ziyafətdə Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu, enerji və təbii sərvətlər naziri Taner Yıldızın da iştirak etdiyi bildirilir.İzmir millət vəkili İlhan İşbilən bir vaxtlar ölkə baş naziri Ərdoğanın ünvanına “onun da ağlama günü gələcək ” deyərək AKP-dən istefa verdiyini açıqlayıbANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM