Prezidentin sərəncamı neçə min təhsil işçisinə şamil edilir?

19:48 | 01.03.2018
Prezidentin sərəncamı neçə min təhsil işçisinə şamil edilir?

Prezidentin sərəncamı neçə min təhsil işçisinə şamil edilir?

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” 28 fevral 2018-ci il tarixli sərəncam imzalayıb. Sərəncama əsasən, dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin aylıq vəzifə maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb.

Təhsil Nazirliyi xəbər verir ki, bu artım orta hesabla 240 min təhsil işçisinə şamil edilir.

Qeyd edək ki, 2014-cü ildən etibarən ölkə üzrə ümumilikdə 140 000-dək müəllim diaqnostik qiymətləndirmədən keçib. Prezidentin müvafiq sərəncamlarına əsasən, diaqnostik qiymətləndirmədən keçən bütün müəllimlərin əməkhaqları artırılıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM