Prezidentin xalq tərəfindən rəğbət görən sitatları

17:23 | 26.10.2020
Prezidentin xalq tərəfindən rəğbət görən sitatları

Prezidentin xalq tərəfindən rəğbət görən sitatları

Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsi başlayan gündən (27 sentyabr) bu günə qədər Azərbaycanın haqlı mövqeyini dünya ictimaiyyətinə çatdırmaq, kütləvi informasiya vasitələrinə müsahibələr verməklə yanaşı, çıxış edərək Rəşadətli Azərbaycan Ordusunun qələbələrini xalqa çatdırır. Çıxışı zamanı Ali Baş Komandanın erməni vandalları və baş naziri haqqında işlətdiyi ifadələr Azərbaycan xalqı tərəfindən rəğbət görür və bəyənilir. Prezident İlham Əliyev öz çıxışlarında da bildirir ki, mən bilirəm, Azərbaycan xalqı mənim bu sözlərimi bəyənir.

Anews.az Prezident İlham Əliyevin 27 sentyabr tarixindən bu günə qədər yadda qalan və Azərbaycan xalqı tərəfindən sevilən sitatlarını təqdim edir:
- "Gedən döyüşlərdə müzəffər Azərbaycan Ordusu düşmənləri bizim torpağımızdan qovur və qovacaq. Mən demişəm ki, öz xoşu ilə bizim torpaqlarımızdan çıxmasalar, biz onları iti qovan kimi qovacağıq”. 

- "Kimə yalvarırsan yalvar, kimin ayağının altına yıxılırsan yıxıl, kimin dabanlarını yalayırsan yala biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. İşğalçıya sonuncu dəfə şans veririk. Çıxın, öhdəlik götürün. Ermənistanın Baş naziri özünü nə hesab edir?”

- "Ermənistanın baş naziri, "Qarabağ Ermənistandır” deyirdin, nə oldu? İndi gəl Cəbrayıla, Füzuliyə, Hadruta, orada de, "Qarabağ Ermənistandır”. Hər gün dünya liderlərinin zəhləsini tökürsən. Niyə demirsən, "Qarabağ Ermənistandır”? Qorxursan? Bəs Azərbaycan xalqını təhqir edəndə, "Qarabağ Ermənistandır” deyəndə cəsarətli idin”.

- "Bu gün artıq özünü dilənçi, lap düşük kimi, - bağışlayın ifadəmə görə, amma onlar hər bir ifadəyə layiqdirlər – aparan Ermənistan rəhbərliyi gecə-gündüz bütün beynəlxalq təşkilatlara zəng edir, məktublar göndərir, bəyanatlar verirlər ki, niyə səsinizi çıxartmırsınız. Onlar necə səsini çıxarda bilərlər? Onlar artıq bu qətnamələri, bu qərarları qəbul ediblər”.

- "Düşmən Füzuliyə eybəcər ad qoyub "O ad sizin başınıza dəysin! O ad cəhənnəmə getsin! O ad artıq yoxdur! Madagiz adı artıq yoxdur! O, Suqovuşandır!”
- "Daha kim qaldı ki, zəng etməsin. Kim qaldı ki, zəhləsini tökməsin. Bir məsləhət verərdim ki, bəlkə bir şamanlara zəng etsin. Onlar ona kömək etsin. Ya da ki, hansısa uzaq adada yaşayan bir qəbilə başçısına zəng etsin, o, onun canını qurtarsın. Necə deyərlər anekdot personajına çevrilib. Açın baxın, sosial şəbəkələrə baxın. Lağa qoyurlar, ələ salırlar, anekdotlar qoşurlar. Öz ölkəsini bu qədər rəzil edən bəlkə də dünya miqyasında ikinci adam olmayıb. Nəyə görə, çünki gəlib başqasının torpağında oturub, o torpaqdan çıxa bilmir".

- "Bütün dünyaya deyirəm ki, Ermənistanı xilas etmək istəyirsinizsə, deyin çıxsın torpaqlarımızdan. Şuşada, Cıdır düzündə sərxoş vəziyyətdə rəqs edən təlxək bəyan etsin ki, torpaqlardan çıxıram. Yoxsa, 5-6 dəfə dünya liderlərinə zəng etməklə məsələ düzəlməz".

- "Ermənistan istəyir ki, bizi qovsun. Etnik təmizləmə aparsın, abidlərimizi erməniləşdirsin, xaricdən erməniləri gətirsin. Bəs, Cəbrayıla yol çəkirdin Paşinyan, nə oldu? Hanı bu yol? Şuşada Parlament binası tikirdin, nə oldu? Cəhənnəmə getdi!"

Qeyd edək ki, Ali Baş Komandan İlham Əliyevin tarixə düşən "İti qovan” ifadəsi Azərbaycan istehsalı olan PUA-ların qanadları üzərinə yazılaraq istifadəyə verildi. Bununla yanaşı, sözügedən ifadə Türkiyə mətbuatında da gündəm oldu.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb