ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Efiopiyada keçirilən Afrika ölkələrinin zirvə toplantısında çıxış edən 90 yaşlı prezident tribunadan ayrılıb pilləkənləri düşən zaman ayağı büdrəyib və o, gözlənilmədən yerə yıxılıb. Onu yerdən qaldırmağa yaxınlıqdakı tədbir iştirakçıları kömək edib. Bundan əsəbləşən prezident ölkəsinə dönən kimi mühafizə xidmətində olan bütün işçiləri qovub.
Fevralın 21-də 91-ci ad gününü qeyd edən prezident 1980-ci ildən ölkəyə liderlik edir.
Prezidentin yıxılma anında forokameraların yaddaşına düşən vəziyyəti sosial şəbəkələrdə lağ mövzusuna çevrilib və müxtəlif foto-mantajların yaranmasına səbəb olub.
ANN.Az həmin fotoları təqdim edir:
Bizi sosial şəbəkələrdə izləyin !