Adi işçilər kimi dövlət başçıları da tutduqları vəzifəyə görə maaş alırlar. Maraqlıdır, bəs görəsən ölkənin birinci kürsüsündə əyləşib öz dövlətlərinə görə cavabdehlik daşıyan birincilər bu ağır və çətin məsuliyyətə görə nə qədər maaş alırlar?
Azərbaycan prezidenti İlham Əliyevin maaşı 15 000 manatdır, təxminən 19000 dollara yaxın. Prezident öz maaşının artırılmasını 2005-ci ildən dayandırıb. İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan prezidentinin “minimum əmək haqqının 600 misli” qədər maaş alması müddəası Seçki Məcəlləsindən çıxarılıb və dövlət başçısının maaşı 15 min manat müəyyən edilib. Həmin dövrdən bəri ölkədə minimum əmək haqqı dəfələrlə artırılsa da, bu, prezidentin maaşına təsir etmir.
Rusiya Federasiyasının prezidenti 62 yaşlı Vladimir Putin 2014-cü ildə öz maaşını təxminən üç dəfə artırıb. Hazırda prezident 23300 dollar aylıq maaş alır. Xatırladaq ki, Rusiya prezidünti həyat yoldaşı ilə ayrılıb, qızları isə ailə həyatı qurub. Yəqin ki, bu məbləğ tək prezident üçün kifayətdir.
Cənubi Afrika Respublikasının prezidenti 72 yaşlı Cekob Zumanın aylıq maaşı 21000 dollara yaxındır. Bu məbləğ böyük görünsə də, 8 həyat yoldaşı və 20 uşağı olan prezident üçün yəqin ki, yetərli deyil.
60 yaşlı Belarus prezidenti Aleksandr Lukaşenkonun aylıq məvacibi 2800 dollardan bir az artıqdır.
53 yaşlı Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama hər ay Ağ Evdə 33000 dollar qazanır. Nəzərə alsaq ki, prezidentin xanımı Mişel Obama Ağ Evin ərazisində meyvə və tərəvəzi özü əkib-bücərir, bu maaş dörd nəfərlik prezident ailəsinə tam yetərlidir.
90 yaşlı Zimbabve prezidenti Robert Muqabenin aylıq maaşı həmkarlarından xeyli azdır. 1987-ci ildən prezident kürsüsündə əyləşən Robert Muqabe 1500 dollar maaş alır.
61 yaşlı Argentina prezidenti Kristina Fernandes de Kirşner tutduğu vəzifəyə görə ayda 28500 dollar maaş alır. Həyat yoldaşından ayrılan xanım prezident 2 övladının maddi tələbatını ödəməyi öz üzərinə götürüb.
76 yaşlı Avstriya prezidenti Haynz Fişer ayda 36300 dollar qazanır. Prezident ailəsi 4 nəfərdən ibarətdir.
Liberiya prezidenti, Nobel mükafatı laureatı 76 yaşı Ellen Conson Serlif 7500 dollar maaş alır.
Avqust ayında 60 illik yubileyini keçirəcək Fransa prezidenti Fransua Ollandın maaşı 29400 dollardır.
60 yaşlı Almaniya kansleri Angela Merkelin maaşı 33000 min dollara yaxındır. Xanım siyasətçinin həyat yoldaşı elmi yaradıcılıqla məşğuldur. Övladları olmayan cütlük üçün bu məbləğ yəqin ki, yetərlidir.
Böyük Britaniyanın baş naziri 48 yaşlı Devid Kemeron tutduğu vəzifəyə görə 20000 dollar alır. Bundan əlavə, baş nazir öz şəxsi evini də 6000 funt sterlenqə icarəyə verib. Ailəsi ilə birgə istirahətə çıxmağı sevən Devid Kemeron qazancının bir hissəsini bu əyləncəyə sərf edir.
Niderlandın kralı 47 yaşlı Villem Aleksandrın maaşı daha yüksəkdir. O ayda 93500 dollar alır. 3 uşaq atası olan kral sözsüz ki, öz qazancından narazı olmaz.
Yəqin ki, Ukraynanın yeni seçilmiş prezidenti 49 yaşlı Pyotr Poroşenko prezident maaşını hələ siftə etməyib. Yaxın günlərdə “Şokolad kralı” 2400 dollar məbləğində ilk prezident maaşını alacaq.
/modern.az/