ABŞ prezidenti pivənin də əleyhinə deyil.
Siyasi liderlərin menyusu nadir hallarda açıqlanır. Liderlərin şəxsi həyatı ilə bağlı informasiyaların geniş yayılmamasına çalışılır. Dövlət başçıları, krallar nə ilə qidalanırlar, nə yeyib, nə içirlər? Bu barədə ancaq onların öz etiraflarından məlumat toplamaq olar.
ANN.Az ANS PRESS-ə istinadla bəzi liderlərin nə yeyib-içdiklərini təqdim edir.
Kim Çen In
Ötən həftə Şimali Koreya lideri Kim Çen In pendirə görə artıq çəkisi olduğunu dedi. Kim Çen In sevimli pendirini o qədər yeyib ki, hətta sağlamlığını da unudub.
Prezident ailəsinin keçmiş aşpazının sözlərinə görə, Kim Çen In köpək balığı üzgəcindən olan yeməkləri də çox sevir.
2001-ci ildə Şimali Koreyadan Yaponiyaya qaçan aşpaz ölkə liderinin hələ 14 yaşında araq içdiyini deyir.
Barak Obama
ABŞ prezidenti amerikalıların əksəriyyəti kimi fast fuda üstünlük verir. Hətta 2010-cu ildə o Rusiya prezidenti Dmitri Medvedevi də fast fud restoranına da dəvət etmişdi. O zaman prezidentlər salat, fast fud və kartof qızartması sifariş etmişdilər. ABŞ prezidenti pivənin də əleyhinə deyil.
Obama hələ 2008-ci ildə senat olanda The New York Times onun sevdiyi və sevmədiyi yeməklərin siyahısını dərc etmişdi. Sən demə Obama qovrulmuş badam, fıstıq, fındıq, südlü şokolad və tərəvəzləri sevir. Mayonez, cips, qulançarı ağzına belə almır. Limonad və spirtsiz içkiləri içmir, çaya və suya üstünlük verir.
Obamanın həyat yoldaşı Mişel Obama isə sağlam qidalanmanın tərəfdarıdır. Belə ki, o Ağ evin həyətində bostan salıb. O, bostandan 700 kq-a yaxın məhsul toplayıb.
Vladimir Putin
Rusiya prezidentinin yemək zövqü haqqında az şey bilinir. Prezidentin özü bir dəfə yemək məsələsində vasvası olmadığını demişdi. “Əgər ətlə balıq arasında seçim olsa mən balığı seçərəm. Qoyun ətinə üstünlük verirəm. Dondurmanı nəzərə almasaq şirniyyata qarşı laqeydəm. Harasa gedəndə yerli mətbəxi məmnuniyyətlə dadıram. Yaşıl çaya öyrəşmişəm”.
2012-ci ildə Putin yerli jurnalistlərlə səhər yeməyi yemişdi. O zaman bəlli olub ki, Rusiyanın dövlət başçısı səhərlər sıyıq, ballı kəsmik yeyir, bildirçin yumurtası içir. Bundan başqa Putin xüsusi reseptlə hazırlanmış kokteyl içir.
2003-cü ildə Kalininqrada səfəri zamanı qırmızı kürülü qutab, hisə verilmiş ilanbalığı, çiyələkli blin, 2008-ci ildə Tatarıstanda salat, toyuq supu, düyü ilə mal əti, pirojna, 2013-cü ildə kubanlı kombaynerlə birgə borş sifariş etmişdi.
2010-cu ildə Kremlin baş aşpazı Anatoli Qalkin Putinin içkilərdən şərab və pivəyə üstünlük verdiyini deyib.
Boris Yeltsin
Rusiyanın ilk prezidenti heş vaxt kulinar maraqlarını gizlətməyib. O, əti, xüsusilə quş ətini, vəhşi qaban və maral ətini sevib. Qara kürüdən olan pelemen prezident ailəsinin çox xoşuna gəlirdi. Boris Yeltsin dana ətindən olan fıstıqlı kolbasanı çox bəyənib. Lakin səfərlərdə ona təklif edilən ekzotik yeməklərdən imtina edib.
İçki qismində isə o sərt işçilərə - araq və ya keyfiyyətli konyaka üstünlük verib.
Aleksandr Lukaşenko
Sadə mətbəxin başqa həvəskarı Belaus prezidentidir. “Ətdənsə balığa, ağdansa qara çörəyə üstünlük verirəm. Menyuya mütləq meyvə, şirələr daxil olmalıdır. Şirniyyat və dondurmanı da çox sevirəm. Amma özünə məhdudiyyət qoymalı olursan. Bir pirojna yedin - 3-4 km rolik və ya xizək sür”.
Prezidentin qayınanası Yelena Jelneroviç sfərləri zamanı kürəkənini blin, süd şorbaları, yumurta, verir. Onun sözlərinə görə, illər ərzində Lukaşenkonun seçimi demək olar ki, dəyişməyib.
II Yelizavetta
Böyük Britaniya kraliçası krivetka və dəniz məhsullarını sevmir. Amma ənənəvi Britaniya mətbəxinə münasibəti yaxşıdır. Xüsusilə günə başladığı yulaf yarmasına. Keçmiş kral aşpazı Mark Flanaqan kraliçanın kartofu çox sevdiyini deyir.
Bəzən yuxudan öncə çaxır içir. Sərt içkilərdən cinə üstünlük verir.
Nikola Sarkozi
Fransanın hazırkı prezidenti sələfindən fərqli olaraq ənginarı qətiyyən sevmir. Sarkozinin sevimli yeməkləri makaron və ənginar, qara trüfel idi. Sarkozi yeməklə çaxır içməyi xoşlayırdı. O şimali koreyalı həmkarından fərqli olaraq pendiri heç sevmir.
Angela Merkel
Sevimli yeməklərindən bəhs edən azsaylı hökumət rəhbərlərindəndir. Almaniya kansleri özü də vaxtaşırı yemək hazırlayır. Merkel xüsusilə kartof şorbası, balıq yeməkləri və şnisel (kotletə oxşar xörək) xoşlayır. Miladda isə o ənənəvi olaraq kartof salat və qaz qızardır.
Kanslerin sevimli məhsulları siyahısında kələmli donuz kolbasası da var. Merkelin şəxsi aşpazının sözlərinə görə, o pendiri çox sevir və siyasətçilərin çoxu kimi çaxır içir. Amma bəzən bir bokal piyvədən də yan keçə bilmir.
ANN.Az