Prezidentlər yenə görüşəcək

12:27 | 05.09.2014
Prezidentlər yenə görüşəcək

Prezidentlər yenə görüşəcək

Yaxın vaxtlarda Azərbaycan və Ermənistan prezidentlərinin görüşü yenidən planlaşdırılır.ANS PRESS-in məlumatına görə, bunu Fransa prezidenti Fransua Ollanda Uelsdə keçirilən NATO sammiti çərçivəsində Ermənistan prezidenti Serj Sarkisyanla görüşündə bəyan edib.Fransa prezidentinin sözlərinə görə, görüş üçtərəfli formatda keçiriləcək. Nəzərdə tutulan görüşdə Fransa, Azərbaycan və Ermənistan prezidentləri iştirak edəcək və Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə ediləcək.Qeyd edək ki, dünən Uelsdə ABŞ dövlət katibi Con Kerri, prezident İlham Əliyev və Serj Sarkisyan arasında üçtərəfli görüş keçirilib. Kerri bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə alternativ olmadığını deyib.Xatırladaq ki, ATƏT-in Misk Qrupunun amerikalı həmsədri bu yaxınlarda bəyan etmişdi ki, ABŞ prezidenti Barak Obama və dövlət katibi Con Kerri münaqişənin həllində birbaşa iştierak etməlidir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM