Prezidentləri arıqladan adam danışır - MÜSAHİBƏ

22:30 | 07.11.2014
Prezidentləri arıqladan adam danışır - MÜSAHİBƏ

Prezidentləri arıqladan adam danışır - MÜSAHİBƏ

Britaniya şahzadəsi Uilyamın həyat yoldaşı, Kembric hersoqinyası Keyt Middltonun toydan qabaq arıqlamasına kömək etdikdən sonra bütün dünyada məşhurlaşan fransız dietoloq Pyer Dükanın adını eşitməmiş olmazsınız. Sonra dövrlərdə onun adı Azərbaycanda da adı tez-tez çəkilir. Yeni kitabının təqdimatı üçün Türkiyəyə gələn dietoloq “Dipnot” dərgisinə eksklüziv müsahibə verib. Ailəm.az həmin müsahibəni təqdim edir. - Xoş gəlmisiniz. Əvvəl İstanbulda olmuşdunuz? - Bəli. Hardasa 30 il qabaq. - İstanbul necədir? Bu şəhəri sevirsiniz? -  Bəli, İstanbulu çox sevirəm. Məncə, 30 ildən bəri çox da dəyişməyib, amma yeməklər dəyişib. - Bəs yeməklərimizi necə sevirsinizmi? - Bəli, yeməklərinizi çox sevirəm. - İdman etdiyinizi eşitmişdim. - Bəli, edirəm. - Nə qədər qaçırsınız? - Hər gün 25 dəqiqə qaçıram. 30 ildir hər gün 25 dəqiqə qaçıram. Ehtiyacım var. Əgər qaçmasam, özümü yorğun hiss edirəm. - Keçək Dükan pəhrizinə. Bu pəhriz bütün dünyada məşhurdur. Türkiyədə bu pəhrizi xeyli insan tətbiq edir. Bəs yaxşı, nədir bu Dükan pəhrizi? - Qısa olaraq belə deyim ki, 100 növ qidanı istədiyiniz qədər yeməyinizdir. Bu dörd mərhələdən ibarətdir. İlk iki mərhələ arıqlamaq, son iki mərhələ isə təkrarən kökəlməmək üçündür. Mənim pəhrizimin əsası budur. İlk iki mərhələdən biri “hücum” mərhələsidir. Bu qısa sürür və 72 növ qidadan - protein, ət, balıq kimi qidalardan ibarətdir. Maksimum 5 gün davam edir. Bu, sürətli mərhələdir. - Bu pəhriz bütün ömür boyu davam edir? - Arıqladığınız ilk iki mərhələ çox qısadır. Ən çox iki, yaxud 3 ay davam edir. Üçüncü mərhələ isə itirdiyiniz kilolara bağlıdır. Əgər 10 kilo arıqlamısınızsa, 100 gün davam etməyiniz lazımdır. 5 kilo arıqlamısınızsa, 200 gün. Son mərhələdə isə hamı kimi yeyirsiniz, amma hamıdan çox yemirsiniz. Sadəcə, bu 3 qaydaya əməl etməlisiniz. Birincisi, cümə axşamları proteinli qidalar qəbul etməli. - Niyə məhz cümə axşamı? - Çünki həftədə bir gün desəm, bu işi sabaha saxlaya-saxlaya etməyəcəklər. Ona görə də konkret gün seçmişik - cümə axşamı. - Bəs digər qaydalar? - İkinci qayda gündə 20 dəqiqə gəzmək. Bu rəqəm minimumdur. Lifti yaddan çıxarıb, pilləkənlə çıxmaq. Son olaraq, gündə 3 qaşıq yulaf kəpəyi yemək. Arıqlamağa çox təsir edən şeydir. Üç qaşıq yulafla çörək də bişirə bilərsiniz, pizza xəmiri hazırlaya bilərsiniz. Həm dadlıdır, həm də adamı doyuzdurur. Lift məsələsi çox mühümdür. Mənim pəhrizimin son mərhələsindəsinizsə, siz mütləq pilləkəni seçməlisiniz. Çünki bu sizə kömək edəcək. Hər gün pilləkənlərlə qalxsanız, ildə 2 kilo arıqlayacaqsınız. Əgər it saxlayırsınızsa, hər gün onu gəzməyə çıxarsanız, eyni qaydada iki kilo itirəcəksiniz. Üst-üstə gələndə 4 kilo edir. Böyük rəqəmdir. - Mən bu 3 qayda ilə ayda 3 kilo arıqlaya bilərəm? - Bunlar arıqlamaq üçün yox, itirdiyiniz çəkini geri qaytarmamaq üçündür. Hamı kimi yaşaya bilərsiniz. Arıqladığınızı bədəniniz bilir. Bədənin bir kilo yaddaşı var. 10 kilo itirmisinizsə, bədən bunu bilir və geri qaytarmağa çalışır. Çünki bədəniniz hesab edir ki, yaşamaq üçün yağ mütləq lazımdır. Bədənimiz bugünkü həyat tərzinə görə yox, meşədəki həyat tərzinə uyğun formalaşıb. Və buna görə də yağ çox mühümdür. Bədən yağı itirəndə yenidən qazanmaq istəyir. Hanı pəhrizi saxlayırsınız-saxlayın, arıqlamış bədən yenidən çəkini geri qaytarmaq istəyəcək. Əgər geri qayıtmasını istəmirsinizsə, nəzarət altında saxlamalısınız. Stressiz, yorulmadan nəzarətdə saxlamaq. Bu da son iki mərhələdir. Yenidən kökəlməmək mərhələsi. - Sizin pəhrizi tənqid edənlər deyir ki, itirilmiş çəkilər çox tez geri qayıdır. Bu barədə nə düşünürsünüz? - Bu barədə tənqidlərin olmağı normaldır. Uğur qazanan adamı tənqid edərlər. Hansı sahədə olursa olsun. Siyasət, media hər şeydə. Uğurlu adamı tənqid edirlər. - Belə bir təklif vermişdiniz ki, universitetlərdə imtahanlar zamanı çəkisi az olan adamlara əlavə bal versinlər. Ciddiydiniz? - Bəli. Bu təklifi Fransa prezidentinə vermişdim. Mənim pəhrizimlə 17 kilo arıqladı və mən çox sevindim buna. Mən də ona piylənmə ilə mübarizədə belə bir təklif irəli sürdüm. - Bu sadəcə sağlamlıq üçündür? - Bəli. Sadəcə sağlamlıq üçün. Arıq olmaları üçün yox. Çünki universitetə daxil olduqdan 2 il sonra tələbələrin 16 faizi kökəlir. Mən də onlara deyirəm ki, birinci kursda yaxşıydınız. Sonra yenə belə qalın, sizə imtahanda əlavə bal verək buna görə. Böyük qalmaqal yaratdı bu təklif. Dedilər ki, ayrı-seçkilikdir bu. Mən də dedim istəmirsinizsə, eləməyin. Sadəcə bir təklif idi. - Yenidən qayıdaq Dükan pəhrizinə. Bizə bir az nümunə verə bilərsiniz? Məsələn, səhər, günorta, axşam yeməklərində nə yeyək? - Səhər yeməyində pankeyk yeyə bilərsiniz, yaşıl çay ilə. Yaşıl çay daha yaxşıdır. Çünki kalori yandırmağınıza kömək edir. Yoğurt yeyə bilərsiniz. Qaxac olunmuş mal əti yeyə bilərsiniz. Nahara balıq, toyuq budu, salat yeyə bilərsiniz. Yumurta yeyə bilərsiniz. Dəniz məhsulları, soğan yeyə bilərsiniz. - Deyəsən hər şeyi yemək olar? - Bəli, hər şeyi yeməkdə sərbəstsiniz. Amma şəkər olmaz. - Fruktozadan istifadə etmək olarmı? - Bəziləri zərərlidir. Amma “Stevia” təbiidir. “Stevia” istifadə edə bilərsiniz. - Çörəkdə də şəkər var, amma siz çörək yemək olar deyirsiniz. - İlk iki mərhələdə yemək olmaz. Amma sonra olar. Təbii ki, ağ çörək olmaz. - Bir də yağ məsələsi var. Siz “bir az yağ istifadə edə bilərsiniz” deyirsiniz. Amma dietoloqların çoxu yağı qadağan edir. - Bəli, bir az yağ olar. Amma türklər yağ əvəzinə zeytun yeyə bilər. Bilirəm ki, siz səhər yeməyində bir neçə zeytun yeyirsiniz. Səhərlər 6-7 gilə zeytun yağ əvəzinə yeyilə bilər. Artıq çəki ciddi problemdir. Bu, şou mövzusu deyil. Piylənmə silsilə cinayətlər törədən qatildir. Artıq çəki diabet, infarkt deməkdir. Çox vacib problemdir. Bu məsələyə modaya baxdığımız kimi baxa bilmərik. Mən bir həkim olaraq hər il xeyli insanın artıq çəkiyə görə öldüyünün şahidi oluram. Kök adam arıq adamdan 9 il az yaşayacaq. 9 il az deyil. Nəsə etmək lazımdır. Buna görə də dünyanı gəzirəm. Türkiyədən sonra Rusiyaya gedəcəyəm. Oradan da Meksikaya. Meksikadan Nyu-Yorka. Mənim işim bunu bir missioner kimi dünyaya yaymaqdır. Dünyada 1,5 milyarddan çox artıq çəkili insan var. Mütləq nəsə etməliyik. Yaxşı görünmək məsələnin ən az lazım olan tərəfidir. Burda mühüm olan sağlamlıqdır. Artıq çəki böyrəklərdən tutmuş ürəyə qədər bütün orqanlara zərərlidir. Diabetlə artıq çəki qardaşdır. Bunların ikisinin də kökü eynidir: karbohidratlar. Mən və başqa tədqiqatçılar artıq başa düşdük ki, karbohidratlar bizə zərərlidir. Çünki bunları yeməyə proqramlaşdırılmamışıq. Şəkər təzə şeydir. Ağ şəkər sadəcə son bir əsrdir var. İnsan çox uzun müddət şəkər olmadan yaşayıb. Amma indi bizim düşmənimizdir şəkər. Bizi yavaş-yavaş və şirin-şirin öldürür. Hamı şirin şeylər yemək istəyir, amma bu heç də yaxşı deyil. Bunu nəzarətdə saxlamağa məcburuq. - Bəs duz necə? - Duz da olar, amma yenə də az miqdarda. Təzyiqiniz yuxarıdırsa, duz risklidir. Bəzən insanlar yeməyin dadına baxmadan duz səpirlər. Refleks olaraq duz səpirlər onlar. Duz və şəkər çox təhlükəlidir. - Pəhrizinizdə mükafat olaraq dietik kola var. Dietik kola zərərli deyilmi? - Ümumiyyətlə içməsəniz, təbii ki, daha yaxşıdır. Əgər içmək istəyirsinizsə, dietik kola daha yaxşıdır. Çünki normal kolada çox şəkər var. İnsanlar kolanı elə çox sevir ki, mən də deyirəm içəcəksinizsə, heç olmasa şəkərsizini için. Mən özüm ondan içirəm. Özüm içirəmsə, pasientlərimə də məsləhət görə bilərəm deməli. - Bu qaydalara özünüz əməl edirsinizmi? - Hamısına yox. Mənim bəxtim onda gətirib ki, məsləhət gördüyüm qidaları həqiqətən sevirəm. Qızılbalığı çox sevirəm. Dəniz məhsullarını çox sevirəm. Hər gün yediyim şey tərəvəzdir. Zatən mənim pəhrizim əsasən tərəvəz, ikinci yerdə isə protein üzərində qurulub. - Gündə neçə yumurta yemək olar? - Bir yumurta. Yumurta və xolestrol əlaqəsi uzun söhbətdir. Amma artıq bəllidir ki, yumurta xolestrol yaratmır. Gündə bir yumurta yeməyin zərəri yoxdur. Mən arada iki yumurta yeyirəm. Çünki bilirəm ki, zərəri yoxdur. Hətta yumurtanın ağını istədiyiniz qədər yeyə bilərsiniz. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM