Prezidentlərin ən çox xoşladıqları yeməklər - FOTOLAR

14:12 | 20.06.2014
Prezidentlərin ən çox xoşladıqları yeməklər - FOTOLAR

Prezidentlərin ən çox xoşladıqları yeməklər - FOTOLAR

Dövlət başçılarının əksəriyyəti sağlam həyat tərzinə üstünlük verirlər. Məhz onların qida rasionu da bu yaşam tərzinə uyğun hazırlanır. Ciddi nəzarətdə saxlanılan qida rasionundan əlavə siyasi liderlərin xoşladığı yeməklər də var.

Digər bir tərəfdən isə prezidentlər xarici səfərlərdə olanda həmin ölkənin milli mətbəxinin məhsullarından dadarkən gündəlik qida rejimlərindən kənara çıxmaq məcburiyyətində qalırlar. Maraqlıdır, bəs görəsən siyasi birincilər daha çox hansı yeməkləri xoşlayırlar?

ANN.Az Modern.az-a istinadla siyahını təqdim edir:

Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama nahar fasiləsində sendviç və hamburqer yeməyi xoşlayır. Prezident şirin piroqlardan da imtina etmir. Amerikanın birinci xanımı Mişel Obamanını sağlam qidalarla, meyvə və tərəvəzlərə üstünlük verməklə bağlı apardığı təbliğat prezidentin sağlamlığa çox da xeyir verməyən qida məhsullarına olan həvəsini azalda bilməyib. Barak Obama tərəvəzlər arasında gül kələminə daha çox üstünlük verir.

Rusiya Federasiyasının prezidenti Vladimir Putin öz menyusunda balıq məhsullarına və qoyun ətinə üstünlük verir. Səhər yeməyində prezidentin süfrəsinə sıyıq, kəsmik və bal verilir. Prezident tərəvəzlər arasında pomidor və xiyar salatlarını xoşlayır. Digər şirniyyat məhsulları ilə çox da arası olmayan Putin hədsiz dərəcədə dondurma həvəskarıdır. Ən çox sevdiyi içki isə yaşıl çaydır.

Belarus prezidenti Aleksandr Lukaşenko milli mətbəxlərinə üstünlük verir. Prezidentin qida rasionuna əsasən kefir, xama, kəsmik, qızardılmış balıq, meyvə və meyvə şirələri daxil edilir. Lukaşenko şirniyyatı və dondurmanı da çox xoşlayır. Ancaq şirniyyat məhsullarının qəbuluna məhdudiyyət qoyur. Lukaşenkonun bununla bağlı tez-tez işlətdiyi ifadə də var: “Tort yemək əladır, amma indi buyur 3-4 kilometr xizəklə, yaxud roliklə sürüş”.

Boliviya prezidenti Evo Moralesin qidalanma ilə bağlı özəl fikirləri var. Çıxışlarının birində prezident düzgün qidalanma haqqında danışarkən qeyd edib ki, toyuq əti yemək homoseksuallığa səbəb olur. Morales öz fikrini belə əsaslandırıb ki, toyuq ətində qadın hormonları olduğundan onu yeyən kişilər əsl kişi ola bilməzlər. Prezidentin ən çox xoşladığı yemək isə qu quşundan hazırlanmış şorbadır.

Uruqvay prezidenti Xose Muxikanın dəbdəbəli iqamətgahı, bahalı avtomobili olmasa da 1 hektar şəxsi torpaq sahəsi var. Prezident bu torpağı özü əkib-becərir. Xose Muxika öz yetişdirdiyi məhsullarla qidalanmağa üstünlük verir.

Rusiyanın sabiq prezidenti, hazırda baş nazir kürsüsündə əyləşən Dmitri Medvedev balıq məhsullarından hazırlanmış yeməkləri xoşlayır. Baş nazirin ən çox xoşladığı qida məhsullarından biri isə təmiz baldır. Medvedev də Vladimir Putin kimi yaşıl çaya üstünlük verir.

Gürcüstanın sabiq prezidenti Saakaşvilinin iştahası siyasi hadisələrlə tənzimlənir. Belə ki, Ukraynanı inqilab dalğaları bürüyəndə Saakaşvili bəyan edib ki, onun ən çox xoşladığı yemək məşhur “Kiyev kotleti”dir. Sabiq prezidentin bu siyasi iştahasına baxmayaraq hollandiyalı xanımı gürcü mətbəxinin bütün sirlərinə yiyələnib.

Almaniya kansleri Angela Merkel siyasətdə olduğu kimi, mətbəxtdə də fəaldır. Adətən yeməkləri özü hazırlayan siyasətçi xanım kartof şorbasını, ədviyyatlı kababı və bişirilmiş tərəvəzləri daha çox xoşlayır. Merkel şirniyyatlar arasında gavalı piroquna, içkilərdən isə nanəli çaya üstünlük verir.

Böyük Britaniyanın baş naziri Devid Kemeron öz menyusunda balıq məhsullarından hazırlanmış yeməkləri daha çox xoşlayır. Kemeron şirniyyatı xoşlasa da ondan imtina etməyi də bacarır. Hətta baş nazir şirniyyat məhsullarının və xüsusilə şəkərin sağlamlıq üçün zərərli olması haqda əhaliyə müraciət edərək onları bu qida məhsullarından imtina etməyə çağırıb.ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti