“Azərbaycan və Ermənistan prezidentlərinin görüşü bölgədə sülh üçün ümid mənbəyidir”.APA-nın Kiyevə ezam olunmuş müxbirinin xəbərinə görə, bu sözləri ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə müavini Viktoriya Nuland ATƏT Xarici İşlər Nazirləri Şurasının 20-ci iclasında deyib. V. Nuland bildirib ki, ATƏT bir sıra problemlərlə üzləşməyə davam edir. Narahatlıq doğuran əsas tendensiya budur ki, bir sıra ATƏT ölkələrində KİV, o cümlədən onlayn media azadlığı məhdudlaşdırılmaqda davam edir, hüquq müdafiəçilərinə və qeyri-hökumət təşkilatlarına təzyiq göstərilir: “Eyni zamanda, ATƏT məkanında bir sıra həll olunmamış münaqişələr qalır. Bu bölgələrin vətəndaşları kömək gözləyir. Bu baxımdan Azərbaycan və Ermənistan prezidentlərinin görüşü bu bölgədə sülh üçün ümid mənbəyidir”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !