Prezidentlərin görüşünün dəqiq vaxtı açıqlandı

15:31 | 08.08.2014
Prezidentlərin görüşünün dəqiq vaxtı açıqlandı

Prezidentlərin görüşünün dəqiq vaxtı açıqlandı

Putinin Əliyev və Sarkisyanla görüşündə vacib məqamlara toxunulacaqAzərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanla görüşünün vaxtı açıqlanıb. Görüş sabah baş tutacaq. ANS PRESS-in məlumatına görə, bu barədə Kreml məlumat yayıb.İ.Əliyev ilə görüşdə Rusiya-Azərbaycan əməkdaşlığının dair vacib məsələlərinin müzakirəsi, qarşılıqlı maraq doğuran perspektivli layihələrin irəlilədilməsi üzrə birgə addımların razılaşdırılması planlaşdırılır.S.Sarkisyan ilə görüşdə isə iki ölkə arasında siyasi, ticari-iqtisadi və humanitar əlaqələrin gələcək inkişafı üzrə fikir mübadiləsi aparılacaq. Ermənistanın Avrasiya İqtisadi İttifaqı müqaviləsinə qoşulması prosesinə diqqət ayrılacaq.

Qeyd edək ki, Soçi səfəri zamanı Azərbaycan və Ermənistan prezidentləri arasında da görüşün keçirilməsi planlaşdırlır.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti