Prezidentlərin Soçi görüşü ilə bağlı ŞƏRH

13:08 | 04.08.2014
Prezidentlərin Soçi görüşü ilə bağlı ŞƏRH

Prezidentlərin Soçi görüşü ilə bağlı ŞƏRH

Politoloq Qabil Hüseynli Azərbaycan və Ermənistan prezidentlərinin Soçidə keçiriləcək görüşünə münasibət bildirib. ANN.Az AzVision.az-a istinadən xəbər verir ki, prezidentlərin Soçi görüşünü şərh edən ekspertin fikrincə, bu görüş torpaqlarımızın geri qaytarılması üzrə danışıqlara start verə bilər. “Əvvəlki görüşlərə nisbətən, bu görüşdə daha məqbul variantlar üzərində iş aparıla bilər. Əvvəla ona görə ki, Putin bu məsələdə Azərbaycanı öz tərəfində görmək istəyir və buna görə də Azərbaycanın istəklərini yerinə yetirməyə məcburdur. İkinci tərəfdən, Azərbaycan tərəfi son döyüşlərdə erməni tərəfinə ciddi dərs verdi. Azərbaycan ermənilərin üzərində həlledici üstünlüyə malik olduğunu göstərdi. Ermənilər əvvəlki kimi havalı-havalı, qalib gəlmiş dövlət ədası ilə stol arxasında otura bilməyəcəklər. Bir sözlə, Qarabağ münaqişəsinin həllində həlledici söz Rusiyanın üzərinə düşür. Rusiya istəsə bu problemi ədalətli çərçivədə həll edə bilər”.Q.Hüseynlinin sözlərinə görə, Soçi görüşü Qarabağ münaqişəsinin həlli istiqamətində dönüş yarada bilər.“Danışıqlardan pozitiv bir şey gözləməsəm də, irəliləyiş gözləyirəm. Ən azından işğal olunmuş ərazilər danışıqların predmeti ola bilər. Məsələlər bunun ətrafında gedə bilər və gedəcək də. Bir də ki, atəşkəs rejiminin qorunması məsələsi müzakirə ediləcək. Və bu məsələdə də hər halda bəlli bir ortaq məxrəcə gəlmək mümkün olacaq. Amma atəşkəs rejimin əməl edilməsi o şərtlər daxilində mümkün olacaq ki, Azərbaycana onun işğal edilmiş torpaqlarının geriyə qaytarılması haqqında təminat verilmiş olsun”, - deyə ekspert şərh edib.Xatırladaq ki, Ermənistanın baş naziri Ovik Abramyan avqustun 8-də və ya 9-da Rusiyanın Soçi şəhərində Ermənistan prezidenti Serj Sarqsyan və Azərbaycan prezidenti İlham Əliyev arasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların aparılması üçün görüşün keçiriləcəyini bəyan edib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb