"Havada insan başları uçurulur, dənizdə insan cəsədi üzür. Hazırkı vəziyyət Səddam, yaxud Qəddafinin iqtidarında olduğu zamandan daha çox pisdir" - bu sözləri "CNN İnternational"a açıqlamasında 2016-cı ildə ABŞ-da keçiriləcək prezident seçkisində Respublikaçılar Partiyasının namizədi Donald Trump deyib.
ANN.Az xarici ölkə mediasına istinadən xəbrir ki, o, təxminən 15 il bundan əvvəl İraqda vəziyyətin daha yaxşı olduğunu bildirib: "Hazırda İraq terrorizmin "Harvard"ına çevrilib. Əgər illər əvvəlin İraqına baxarsaq, indikindən daha yaxşı vəziyyətin olduğunu görərik. Mən Səddamın, yaxud Qəddafinin yaxşı adam olduğunu demirəm, amma İraq indi terrorçuların təlim mərkəzinə çevrilib".
Trump "artıq İraq və Liviya yoxdur, onları kimsə tanımır, onlar yox olduəalr, çünki idarəetmə yoxa çıxıb" - deyərək indi ABŞ prezidneti Barak Obamanın Yaxın və Orta Şərq siyasətini kəskin tənqid edib: "Bu nə vəziyyətdir, açıqlaya bilərsinizmi? Liviya, Suriya və İraq fəlakətli bir durumda. Bütün Orta Şərq faciə içərisində. Bütün bunların hamısını Hillari Klinton və Barak Obama siyasətini nəticəsidir".
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !