Prezidentliyə transseksual namizəd - FOTOLAR

17:25 | 02.02.2015
Prezidentliyə transseksual namizəd - FOTOLAR

Prezidentliyə transseksual namizəd - FOTOLAR

Polşada transseksual deputat bu ilin may ayında ölkədə keçiriləcək prezident seçkisində namizəd olacağını bəyan edib.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Yaşıllar Partiyasının deputatı olan 60 yaşlı keçmiş film ulduzu prezident seçilərsə, katolik ölkənin ilk cinsiyyətini dəyişmiş prezidenti olacaq. Amma ekspertlər Anna Qrodzkanın şanslarının çox aşağı olduğunu deyirlər.

Siyasi anketlərə görə, hazırkı ölkə prezidenti 62 yaşlı Bronislav Komorovskinin nüfuzu çox yuxarıdır, hətta ilk turda onun qalib gələcəyi gözlənilir.

Qeyd edək ki, Anna Qrodzka ilk dəfə Polşa parlamentinə deputat seçilən transseksualdır.

ANN.Az
 
 
 




0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb