“Problemlər mövcuddur”- “Bakıelektrikşəbəkə” ASC

11:24 | 31.01.2014
“Problemlər mövcuddur”- “Bakıelektrikşəbəkə” ASC

“Problemlər mövcuddur”- “Bakıelektrikşəbəkə” ASC

“Bakıda fərdi yaşayış evlərində elektrik enerji verilişində problemlər var”.Bunu AzNews.az-a “Bakıelektrikşəbəkə”nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.T. Mustafayev bildirib ki, paytaxtda havanın qarlı və küləkli olması səbəbindən paytaxtın Sulutəpə, Binəqədi və bir sıra kənd və qəsəbələrinin bəzi yerlərində, fərdi yaşayış evlərində elektrik enerjisinin verilməsində problem yaranıb. Hətta bəzi yerlərdə enerji infrastrukturu demək olar ki, iflic olub.O vurğulayıb ki, “Bakıelektrikşəbəkə” paytaxtda baş vermiş enerji qəzalarının nəticələrinin aradan qaldırılması üçün təcili tədbirlərə başlayıb: “Hazırda Səhmdar Cəmiyyətin xüsusi briqadaları qəzanın baş verdiyi ərazilərə təhkim olunub və qısa zamanda abonentlər elektrik enerji ilə təmin olunacaqlar. Sözügedən yerlərdə elektrik enerjisində problemlərinin yaranma səbəbi vətəndaşların fərdi evlərinə çəkdikləri xətlərdə çoxlu sayda qırılmalar baş verib. Hazırda yeraltı elektrik xətlərinin olduğu ərazilərdə enerji təminatı normal qaydadadır”.T. Mustafayev əlavə edib ki, “Bakıelektrikşəbəkə” qarlı hava şəraiti ilə bağlı gücləndirilmiş iş rejimində çalışır: “ “Bakıelektrikşəbəkə” ASC abonentlərdən xahiş edir ki, yarana biləcək hər hansı problemlər haqqında “199 - Qəza Xidməti”nə zəng vuraraq məlumat versinlər. Yaradılmış operativ qruplar vasitəsilə yaranmış fasilələrin dərhal aradan qaldırılması mümkün olacaq”.ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb