Bu barədə Oxu.Az-a Mərkəzi Bankdan məlumat verilib.
Bankın məlumatına görə, verilmiş kreditlərin həcmi 2014-cu il aprel ayının 1-i ilə müqayisədə 29,8% artıb, onun 77,8%-i və ya 16 milyard manatı uzunmüddətli olub.
Bundan başqa, problemli kreditlərin həcmində artım müşahidə olunub:
Belə ki, 2015-ci il aprelin 1-nə problemli kreditlərin həcmi 1 milyard 213 milyon 321,7 min manata çatıb. Bu da ümumi kredit portfelinin 5,9%-ni təşkil edib.
Məlumat üçün bildirək ki, 2015-ci il fevralın 1-nə problemli kreditlərin həcmi 1 milyard 030 milyon 893,1 manat, martın 1-nə isə 1 milyard 138 milyon 211.6 min manat təşkil edib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !