Problemli kreditlərlə bağlı VACİB XƏBƏR!!

00:01 | 26.03.2019
Problemli kreditlərlə bağlı VACİB XƏBƏR!!

Problemli kreditlərlə bağlı VACİB XƏBƏR!!

Problemli kreditlərlə bağlı kompensasiyaların verilməsinə ən geci aprel ayının ortalarından başlanılacaq.

Banklarda bu kreditlərlə bağlı xüsusi İşçi qrup işləyir və hər bir müştəri ilə bağlı məlumatların toplanılması sona çatmaq üzrədir.

İqtisadçı Vüqar Bayramovun sözlərinə görə, banklar tərəfindən bu proses elektronlaşdırılacaq və vətəndaşın adına kart açılacaq. Banklar hər bir müştəriyə zəng vuraraq ona bütün məlumatları çatdıracaqlar və növbəli qaydada kompensasiyalar ödəniləcək. Aprelin ikinci yarısından sonra əlaqə saxlanılmadığı halda vətəndaşın banka müraciət etməsi məsləhət görülür.

V.Bayramovun sözlərinə görə, kredit götürənin əvəzinə borcu zamin ödəyibsə, ona fərdi yanaşma tətbiq ediləcək və kompensasiyanın ödənişindən onlar da yararlanacaqlar.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb