• $ 1.7
  • € 1.9265
  • ₽ 0.021007
  • ₺ 0.0438
  • £ 2.2837

Professor Mönsüm Alışovun 70 illik yubileyi qeyd olunub

Professor Mönsüm Alışovun 70 illik yubileyi qeyd olunub
24.06.2024 22:20

İyunun 24-də Şəhriyar adına Mədəniyyət Mərkəzində "İdrak” liseyinin təsisçisi, riyaziyyatçı alim, tanınmış pedaqoq, innovator, pedaqoji elmlər doktoru, professor Mönsüm Alışovun 70 illik yubileyi qeyd olunub.

Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Milli Məclisin deputatı Ceyhun Məmmədov, Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Sumqayıt Rayon İcra Hakimiyyətinin nümayəndəsi Gündüz Əliyev və başqaları həyatını təhsilə, gənc nəslin təlim-tərbiyəsinə sərf etmiş Mönsüm Alışovu 70 illik yubileyi münasibətilə təbrik edib, ona elmi-pedaqoji fəaliyyətində uğurlar arzulayıblar.

Qeyd olunub ki, professor Mönsüm Alışov ömrünü məhsuldar elmi-pedaqoji fəaliyyətə, şagirdlərin təlim-tərbiyəsinə həsr edib. Hazırda rəhbərlik etdiyi liseydə şagirdləri dərin bilikli, mənəvi-əxlaqi dəyərlərə yiyələnmiş hərtərəfli vətənpərvər insanlar kimi yetişdirmək üçün çalışır.
1992-ci ildə onun təşəbbüsü ilə Sumqayıt Pedaqoji Seminariyası təsis edilib. Seminariya sonradan Sumqayıt Özəl Orta İxtisas Kolleci adlandırılıb və profili genişləndirilib.

Mönsüm Alışov 2001-ci ildə "Kompüter texnikasının köməyilə şagirdlərin idrak fəaliyyətinin fəallaşdırılması” mövzusunda pedaqoji elmlər sahəsində namizədlik dissertasiyasını müdafiə edib. Respublikanın məktəblərində informatika fənninin tədrisinin yaxşılaşdırılmasına və eləcə də kompüterin təlim prosesinə tətbiqinə dair gənc müəllimlərə kömək məqsədilə onun müxtəlif illərdə 80-dən çox elmi-publisistik məqaləsi çap olunub. İki monoqrafiyanın, 10 dərs vəsaiti və metodik tövsiyənin müəllifi və həmmüəllifidir. Əsərlərinə görə 2008-ci ildə "Qızıl qələm” mükafatına layiq görülüb.

2008-ci ildə Sumqayıt Özəl Orta İxtisas Kollecinin zəngin maddi-texniki bazası əsasında "İdrak” liseyini təsis edib. "Təhsilin humanistləşdirilməsi yolu ilə yeni pedaqoji təfəkkürün inkişafı” amalını rəhbər tutan liseydə yüksək hazırlıqlı müəllimlər çalışır.
2009-2016-cı illərdə, eyni zamanda, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun tədris işləri, daha sonra isə elmi işlər üzrə prorektoru və həmin institutun təhsilin idarə edilməsi və innovasiyalar kafedrasının professoru olub.

2013-cü ildə "Həndəsənin hazırlıq kursunun məzmunu, sistemi və təlimi metodikasının təkmilləşdirilməsi” mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edib. Bu elmi tədqiqat işi ilk dəfə olaraq həndəsənin hazırlıq kursu məzmununun sisteminə, müasir inkişafetdirici təlim şəraitində fəal təlim metodlarının informasiya-kommunikasiya texnologiyalarının kompleks şəkildə tətbiq edilməsinə dair hazırlanmış yeni metodik sistemdir.

Onun təsis etdiyi "İdrak” liseyi iş sistemi və dinamik inkişafa malik mexanizm sayəsində özünə olan tələbatı tezliklə artıraraq Sumqayıt şəhərinin sərhədlərini aşıb. 2014-cü il sentyabrın 15-də "İdrak” liseyinin Bakı filialı fəaliyyətə başlayıb.

Mönsüm Alışov yalnız "İdrak” liseyində tətbiq olunan "Media dərslər” innovativ layihəsinin müəllifidir. "Media dərslər” sayəsində 45 dəqiqə müddətində, yəni bir akademik saatda izahı dərindən mənimsəməyə imkan tapmayan şagird istənilən vaxt, hər yerdə internet vasitəsilə liseyin baza yaddaşına müraciət etməklə dərsin izahını təkrar-təkrar izləyə bilər. Beləliklə, həm öyrənənlər, həm də öyrədənlər üçün zaman və məkan məhdudiyyəti tamamilə aradan qalxır. "Media dərslər” layihəsi 2016-cı ildən etibarən "İdrak” liseyində uğurla tətbiq olunur.

Tədbirdə yubilyara Binəqədi Rayon İcra Hakimiyyəti, YAP Binəqədi rayon təşkilatı, Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən fəxri fərmanlar təqdim edilib.

Sonda Mönsüm Alışov tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib, bundan sonra da təhsilin inkişafına xidmət edəcəyini bildirib.

Tədbir bədii hissə ilə davam edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağdamın Kəngərli kəndinə 109 ailə köçürülüb
Cəmiyyət 09:01
Ağdamın Kəngərli kəndinə 109 ailə köçürülüb
Yollardə yenə tıxac var - Siyahı
Cəmiyyət 08:50
Yollardə yenə tıxac var - Siyahı
Ağstafa sakini qanunsuz azadlıqdan məhrumetməyə görə həbs olunub
Cəmiyyət 08:39
Ağstafa sakini qanunsuz azadlıqdan məhrumetməyə görə həbs olunub
Əcnəbilər üçün saxta nikah təşkil edən azərbaycanlılar saxlanılıb
Cəmiyyət 23:56
Əcnəbilər üçün saxta nikah təşkil edən azərbaycanlılar saxlanılıb
İmtahandan qayıdan 12 yaşlı uşaq iki kişi tərəfindən zorakılığa məruz qalıb - Video/Yenilənib
Cəmiyyət 23:19
İmtahandan qayıdan 12 yaşlı uşaq iki kişi tərəfindən zorakılığa məruz qalıb - Video/Yenilənib
Bloqerlərə reklam QADAĞASI
Cəmiyyət 22:34
Bloqerlərə reklam QADAĞASI
Emin Əmrullayev İSESKO-nun baş direktoru ilə görüşüb
Cəmiyyət 21:58
Emin Əmrullayev İSESKO-nun baş direktoru ilə görüşüb
Everesti fəth edən ilk azərbaycanlı qadın danışdı – Video
Cəmiyyət 21:50
Everesti fəth edən ilk azərbaycanlı qadın danışdı – Video
PUA Akademiyasının buraxılış mərasimi keçirilib
Cəmiyyət 21:00
PUA Akademiyasının buraxılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol