Professora hücum edən şəxs 10 il müddətinə azadlqdan məhrum edilib

14:36 | 15.10.2024
Professora hücum edən şəxs 10 il müddətinə azadlqdan məhrum edilib

Professora hücum edən şəxs 10 il müddətinə azadlqdan məhrum edilib

Azərbaycan Universitetinin professoru, hüquq üzrə elmlər doktoru Mayis Əliyevə hücum edərək ona qarşı quldurluq etməkdə təqsirləndirilən  31 yaşlı Ceyhun Məmmədov 10 il azadlıqdan məhrum edilib.

Hadisə ötən il zərərçəkmişin yaşadığı evdə qeydə alınıb. Ceyhun əvvəldən tanıdığı Mayis Əliyevlə danışmaq üçün evinə daxil olub, onu bıçaqla qorxudaraq təslim edib. Daha sonra Əliyevi kresloya oturmağa məcbur edib, əllərini-ayaqlarını kəndir və kabellə, ağzını isə yapışqan lentlə bağlayıb. 

Müqavimət göstərə bilməyəcəyindən əmin olduqdan sonra hüquqşünasın telefonundakı bank proqramı vasitəsilə özünə 8 min manat pul köçürüb. Bundan əlavə, nağd pul və digər əşyalarını götürərək evdən qaçıb. Polis əməkdaşlarının keçirdiyi əməliyyatla Ceyhun qısa müddətdə tutularaq istintaqa cəlb olunub.

Mayis Əliyev Vəkillər Kollegiyasının üzvü, həmçinin "Sosial Hüquqların Araşdırılması” İctimai Birliyinin sədridir.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM