Prokuror Azərbaycan səfirliyinə hücum edənə ən ağır cəza istəyib

18:53 | 26.09.2023
Prokuror Azərbaycan səfirliyinə hücum edənə ən ağır cəza istəyib

Prokuror Azərbaycan səfirliyinə hücum edənə ən ağır cəza istəyib

Tehran prokuroru ittihamnamədə Azərbaycan səfirliyinə hücum edən şəxsin ən ağır cəzaya məhkum edilməsini istəyib.
 
Bu barədə İran Ədliyyə Nazirliyinin sözçüsü Məsud Satayişi deyib.

Onun sözlərinə görə, ittihamnamə məhkəməyə göndərilib.

2023-cü il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. "Kalaşnikov”la silahlanmış şəxs Azərbaycan səfirliyinə hücum edərək, mühafizə xidmətinin rəisini qətlə yetirib, iki nəfəri yaralayıb. Terrorçunu elə səfirliyin mühafizə xidmətinin digər əməkdaşı zərərsizləşdirib. Bundan sonra Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları təxliyə edilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM