Prokuror "Lotu Quli"nun qohumuna cəza istədi

14:08 | 06.12.2017
Prokuror

Prokuror "Lotu Quli"nun qohumuna cəza istədi

Kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun qohumu Məhəbbət Namazovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Anews.az APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı tamamlanıb.

Daha sonra iclasda prokuror çıxış edib. Dövlət ittihamçısı M. Namazovun ittiham olunduğu 234.4.3-cü maddənin 234.1-ci maddəyə tövsif edilməsini, həmçinin 228.2.2-ci maddənin 228.1-ci maddəyə tövsif edilməsini, onun 4 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib.

Proses dekabrın 8-də davam edəcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM