Prokuror Qiyas İbrahimov və atasına cəza istəyib

16:01 | 15.12.2017
Prokuror Qiyas İbrahimov və atasına cəza istəyib

Prokuror Qiyas İbrahimov və atasına cəza istəyib

Yasamal rayon Məhkəməsində Qiyas İbrahimov və atası Həsən İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, iclasda dövlət ittihamçısı çıxış edib. Prokuror onların hər birinin 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, Q. İbrahimov və atası H. İbrahimova qarşı Cinayət Məcəlləsinin 289.2-ci maddəsi (Məhkəməyə hörmətsizlik etmə) ilə cinayət işi başlanıb.

Q. İbrahimov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib və hazırda cəza çəkir.

O, Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti