Türkiyə Hakimlər və Prokurorlar Yüksək Qurumu (HPYQ) Bakırköy prokuroru Zəkəriyyə Öz-ün mətbuat üçün açıqlama verməsinə icazə verilməyib.Lent.az-ın «habertürk»-ə istinadən məlumatına görə, məsələ ilə bağlı qurum bildirib: «Zəkəriyyə Özün açıqlama vermə istəyinə icazə verilmədi. Mətbuat açıqlama vermək vəzifəsi baş prokurora məxsusdur. Zəkəriyyə Özün cavab haqqının olmadığı bildirildi. Öz haqqında cinayət işinin açılması məsələsinə Hakimlər və Prokurorlar Yüksək Qurumunun 3-cü Dairəsi baxacaq». Xatırladaq ki, o, mətbuat üçün açıqlama vermək istəyi ilə bağlı quruma müraciət etmişdi. Ötən gün Z.Öz baş nazir Rəcəb Tayyib Ərdoğanın onun yanına adam göndərdiyi və hədələdiyi ilə bağlı məlumat vermişdi. Baş nazir isə onun dediklərinin hamısını «iftira» adlandırmışdı. ANN.Az