Baş Prokurorluqdan anews.az-a verilən məlumata görə, artıq qəzanı törədib hadisə yerindən qaçmaqda şübhəli bilinən 1990-cı il təvəllüdlü İsmayıl Ələkbərov saxlanılıb.
Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələr ilə cinayət işi açılıb. Ələkbərov yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqda, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda və hadisə yerindən qaçmaqda ittiham olunur.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !