• $ 1.7
  • € 1.9945
  • ₽ 0.021189
  • ₺ 0.0398
  • £ 2.2762

Prokurorluq əməkdaşları Opera və Balet Teatrında olub

Prokurorluq əməkdaşları Opera və Balet Teatrında olub
17.03.2022 21:00
Milli ruhlu kadrların yetişdirilməsi, onların mənəvi-estetik dünyagörüşünün formalaşdırılması, milli-mənəvi dəyərlərimiz haqqında maarifləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq, martın 16-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında prokurorluq orqanlarının kollektivi görkəmli bəstəkar Fikrət Əmirovun "Nizami” baletinə tamaşa ediblər.


Bu barədə  Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.


Tədbirdə həmçinin, Baş Prokurorluğun rəhbərliyinin dəvəti ilə prokurorluğun veteran və pensiyaya çıxmış əməkdaşları öz ailə üzvləri ilə birlikdə iştirak edib.


Dahi şair və mütəfəkkir Nizami Gəncəvinin poetik sənətinin valehedici inciləri, onun çoxşaxəli, mistik, cazibədar dünyasını özündə ehtiva edən balet Azərbaycan mədəniyyətinin möhtəşəm töhfələrindən olmaqla izləyicilərin böyük marağına səbəb olub.


Prokurorluqda ictimai köməkçilər – könüllülərin də iştirak etdiyi mötəbər tədbirdə Nizami Gəncəvinin mədəni irsinin öyrənilməsi, eyni zamanda zəngin təcrübəyə malik prokurorluğun veteranları ilə gəncləri arasında səmimi və mehriban ünsiyyətin qurulması üçün fürsət yaranıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahın havası meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 13:36
Sabahın havası meteohəssas insanlar üçün əlverişsiz olacaq
Sabah dağlıq ərazilərdə yollar buz bağlayacaq
Cəmiyyət 13:13
Sabah dağlıq ərazilərdə yollar buz bağlayacaq
Qobustanda yolların buz bağlaması səbəbindən zəncirvari qəza baş verib
Cəmiyyət 13:00
Qobustanda yolların buz bağlaması səbəbindən zəncirvari qəza baş verib
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:40
Sabahın hava proqnozu açıqlanıb
Sumqayıtda bu yaşayış binaları sökülür - Video
Cəmiyyət 11:29
Sumqayıtda bu yaşayış binaları sökülür - Video
FHN işğaldan azad olunmuş ərazilərdə vətəndaşların maarifləndirilməsi işini davam etdirir
Cəmiyyət 10:54
FHN işğaldan azad olunmuş ərazilərdə vətəndaşların maarifləndirilməsi işini davam etdirir
Faktiki hava açıqlanıb
Cəmiyyət 09:35
Faktiki hava açıqlanıb
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Cəmiyyət 00:24
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Xəzər dənizində zəlzələ olub
Cəmiyyət 21:29
Xəzər dənizində zəlzələ olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol