Gəncə Şəhər Prokurorluğunda baş köməkçi vəzifəsində çalışan Anar Haqverdiyev vəzifəsindən azad edilib.
anews.az xəbər verir ki, Şəhər Prokurorluğundan report-a verilən məlumatına görə, Anar Haqverdiyev Baş Prokurorluğun Kadrlar İdarəsinə prokuror vəzifəsinə təyin olunub.
Gəncə Şəhər Prokurorunun baş köməkçisi vəzifəsinə isə əvvəllər prokurorun köməkçisi vəzifəsində çalışmış Hakverdi Mehrabov təyin olunub.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !