Məsələ ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin katibi Eldar Sultanov Bizimyol.info-ya bildirib ki, Almaniyadan Azərbaycana deportasiya edilən 61 nəfər vətəndaşla bağlı araşdırmanın aparıldığını nə təsdiq, nə də təkzib edib.
"Araşdırmanın aparılıb-aparılmaması ilə bağlı Dövlət Miqrasiya Xidməti ilə əlaqə saxlayın”,-deyə E.Sultanov bildirib.
Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətinin rəhbəri Elnur Kələntərli Bizimyol.info-ya bildirib ki, ölkəyə geri qayıdan 61 nəfərlə bağlı araşdırma aparılmır.
"Geri qayıdan ailə üzvləri tərəfindən müraciət olarsa, sosial reabiltasiya və digər məsələlərlə bağlı kömək edilə bilər”,-deyə E.Kələntərli bildirib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !