Bu barədə Yeniavaz.com-a Şəki Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, həmin məlumatlar həqiqəti əks etdirmədiyindən təkzib olunur.
Belə ki, yanvarın 25-də saat 02 radələrində Şəki şəhər sakini 1982-ci il təvəllüdlü Əliyev Yusif Yaşar oğlunun yaşadığı evdə vəfat etməsi barədə daxil olan məlumat əsasında məhkəmə-tibb ekspertinin iştirakı ilə meyitə baxış keçirilib.
Yusif Əliyevin meyiti müayinə edilərkən üzərində hər hansı zorakılıq əlamətləri və ya xəsarət aşkar edilməyib.
Araşdırmalarla Y.Əliyevin yaşadığı evdə ürək-ağciyər çatışmazlığından vəfat etməsi müəyyən edilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !