Proqnoz: Dünya əhalisi iyirmi ildən sonra 8,6 milyarda çata bilər

17:38 | 27.03.2023
Proqnoz: Dünya əhalisi iyirmi ildən sonra 8,6 milyarda çata bilər

Proqnoz: Dünya əhalisi iyirmi ildən sonra 8,6 milyarda çata bilər

2050-ci ildə dünya əhalisinin sayı 8,6 milyarda və 2100-cü ilə qədər 7 milyarda düşə bilər. Bu barədə martın 27-də Britaniyanın "New Scientist” jurnalı Earth4All modelinə istinadən məlumat yayıb.
 
Bildirilib ki, 2100-cü ilə qədər təxmin edilən rəqəm digər proqnozlarla müqayisədə 2-3 milyard azdır.

Mütəxəssislər hesab edirlər ki, hakimiyyət yoxsulluğun və bərabərsizliyin azaldılmasına sərmayə qoysa, 2040-cı ildə 8,5 milyard pik həddə çatacaq, əsrin sonunda isə 6 milyarda qədər azalmaya nail olunacaq.

BMT-nin 2022-ci il hesabatına görə 2080-ci ilə qədər dünya əhalisinin sayı 10,4 milyard olacaq. Hesabatın 2022-ci il noyabrın hesabatında əhali sayı 8 milyard təsdiqlənib. 
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb