Futbol üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçkinin Bosniya və Herseqovina millisindəki qazancının məbləği açıqlanıb.
Anews.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, Almaniya doğumlu xorvat mütəxəssis aya 15 min avro maaş alacaq. Bu isə ildə 180 min avro deməkdir. Azərbaycanda isə o, ilə 1,2 milyon avro qazanırdı.
Xəbərdə o da qeyd olunub ki, Prosineçki bosniyalıları AÇ-2020-nin final mərhələsinə daşıya bilsə, əlavə 300 min avro mükafat alacaq.
Xorvatiya mətbuatının daha bir iddiasına görə, AFFA ötən ilin sonunda 49 yaşlı mütəxəssisə ildə 1,5 milyon avroluq yeni müqavilə təklif edib. Lakin Prosineçki Azərbaycan millisində maksimuma nail olduğunu bildirərək, təklifdən imtina edib. Bundan başqa, mütəxəssisin Sloveniya millisində illik 350 min avroluq təklifi də müsbət cavablandırmadığı vurğulanıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !