Fransanın PSJ klubunun prezidenti Nasser Əl-Xəlaifi rüşvət verməkdə ittiham olunur.
O, bu məbləğ qarşılığında atletika üzrə dünya çempionatının 2017-ci ildə Qətərdə keçirilməsinə nail olmaq istəyib. Lakin həmin yarış Böyük Britaniyanın paytaxtı Londona verilib.
Doha isə bu ilin payızında mundiala ev sahibi olacaq. İttiham olunanın vəkili Frensis Şpiner bunları təkzib edib.
Qeyd edək ki, N.Əl-Xəlaifi 2017-ci ildə FİFA-nın baş katibi Cerom Valkeyə rüşvət verməkdə şübhəli bilinirdi.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !