Puççininin operası Bakıda böyük maraqla qarşılandı

20:14 | 27.01.2014
Puççininin operası Bakıda böyük maraqla qarşılandı

Puççininin operası Bakıda böyük maraqla qarşılandı

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli italyan bəstəkarı C.Puççininin ən maraqlı əsərlərindən biri olan “İl Tabarro” (“Plaş”) operasının premyerası olmuşdur.Teatrın rəhbərliyi bu səhnə əsərinə quruluş vermək üçün Almaniyanın tanınmış opera sənəti ustalarını – quruluşçu rejissor Lüdviq Bauman və dirijor Korneliya fon Kerssenbrofku dəvət etmişdir.AzərTAc xəbər veri ki, Azərbaycanda ilk dəfə səhnəyə qoyulan “İl Tabarro” tamaşası operasevərlərin çox böyük marağına səbəb olmuşdur.Tamaşada teatrın aparıcı solistlərindən əməkdar artistlər Fəridə Məmmədova, Gülnaz İsmayılova, Səbinə Əsədova, həmçinin gənc vokalçılar Afaq Abbasova, Fərid Əliyev, Tural Ağasıyev və başqaları çıxış etmişlər.Tamaşanın konsertmeysteri Vəfa Əzizovadır.Bu əsərin ilk tamaşası 1918-ci ildə Nyu-Yorkda Metropoliten-Operanın səhnəsində baş tutmuş və çox böyük uğur qazanmışdır. Həmin vaxtdan “İl Tabarro” dünyanın qabaqcıl opera teatrlarının repertuarında möhkəm yer tutur və tamaşaçılar tərəfindən böyük maraqla qarşılanır. Əsər son dərəcə gözəl musiqisi və kəskin dramatik süjet xətti ilə fərqlənir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM