Çimərlik mövsümünün açılışına təxminən bir həftə qalıb. Bu isə bəzi çimərliklərə girişin hələ də ödənişli olması məsələsini aktuallaşdırıb.
Anews.az xezerxeber.az-a istinadən xəbər verir ki, Xəzərin sahilində yerləşən bəzi çimərliklərin hər tərəfi hasarlanıb və giriş üçün ödəniş tələb olunur. Bu isə tam qanunsuzdur.
Obyektlərə nəzarət edən şəxslərin bəziləri girişin ödənişli olduğunu etiraf etsələr də, bəziləri isə bu iddiaları yalanlayırlar. Bəzi çimərlik sahibləri isə göstərdikləri xidmətin pulunu aldıqlarını deyirlər.
BŞİH-in Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırovun sözlərinə görə, bütün çimərliklərə giriş pulsuzdur və hər hansı ödənişin tələb olunması qanunsuzdur. Ödəniş, sadəcə, orada göstərilən xidmətlərin qarşılığında tələb oluna bilər.
Mövzu ilə əlaqədar ətraflı videomaterialı təqdim edirik :
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !