Bu gün, 29 avqustda Vergilər Nazirliyinin İstintaq İdarəsində Nəcəf Nəcəfov Fondunun başçısı, "Turan” İnformasiya Agentliyinin direktor müavini Şahin Hacıyev dindirilib.
Bu barədə virtualaz.org-a Ş.Hacıyev özü məlumat verib.
İstintaq İdarəsi N.Nəcəfov Fondunun fəaliyyətinin araşdırılmasına başlayıb. Qeyd edək, Fondun altı təsisçisindən biri Mehman Əliyevdir.
Ş. Hacıyevdən xüsusən 2011-ci ildə Norveç səfirliyi və Soros fondu tərəfindən N.Nəcəfov Fonduna ayırılmış qrantlar haqda soruşublar.
Həbsdən azad olunandan sonra, E.Fətullayev öz jurnalist fəaliyyətini bərpa etməyə qərar verib və Norveç səfirliyindən, Soros və Marşal fondlarından haqqin.az media layihəsinin yaradılmasına qrantlar alıb. Ancaq E.Fətullayevin adına qeydiyyatdan keçmiş təşkilat olmayıb ki, hesabına pul daxil olsun. Və onda o, "Turan" rəhbərliyinə Nəcəf Nəcəfovun jurnalist fondu vasitəsi ilə layihəyə qrantlar almaq xahişilə müraciət edib.
E.Fətullayev virtualaz.org-a açıqlamasında bildirib: "Mən onda Sorosdan, Norveç və Almaniya hökumətlərindən haqqin.az layihəsinin yaradılmasına təxminən 200 min dollarqan çox pul aldım. Bizim saytımız, çoxlarının iddia etdikləri kimi, hökumətin yox, Qərbin pulu ilə yaradılıb. Və Mehman Əliyevlə Şahin Hacıyev bunu bilirlər.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !