Püşk millimizin üzünə güldü

18:46 | 06.12.2017
Püşk millimizin üzünə güldü

Püşk millimizin üzünə güldü

19 yaşadək futbolçular arasında Avropa çempionatının 2018/2019 mövsümünün seçmə mərhələsinin püşkü atılıb.

Anews.az Apasport.az-a istinadən xəbər verib ki, İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə 52 komanda 13 qrupa bölünüb.

Tədbirdə Azərbaycan millisinin də seçmə mərhələdəki rəqibləri bəlli olub. Püşk yığmamızın üzünə gülüb.

Belə ki, komandamız kifayət qədər zəif olan 1-ci qrupa düşüb. Millimiz burada Gürcüstan, İsrail və Lixtenşteynlə üz-üzə gələcək. Qrup oyunlarının keçiriləcəyi yer dəqiqləşməyib.

Bu mərhələnin oyunları 2018-ci il noyabrın 20-nə qədər başa çatacaq. 13 qrupun hərəsindən iki ən yaxşı komanda elit-raunda vəsiqə əldə edəcək. Portuqaliya və Almaniya isə birbaşa həmin mərhələdən yarışa qatılacaq. U-17-lərin yarışında final mərhələsi Ermənistanda baş tutacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM