“Pussy Riot” azadlıqda

13:05 | 23.12.2013
“Pussy Riot” azadlıqda

“Pussy Riot” azadlıqda

Rusiyada “Pussy Riot” qrupunun Nijeqorod şəhərində həbsdə olan üzvü Mariya Alyoxina bazar ertəsi əfv fərmanı ilə azadlığa buraxılıb.Oxu.Az “RİA Novosti”-yə istinadən xəbər verir ki, bu barədə onun vəkili Pyotr Zaikin xəbər verib.“Mariya Alyoxina azadlığa çıxıb. Bütün sənədlər rəsmiləşdirilib və imzalanıb”, - deyə Zaikin bildirib.“Pussy Riot”un digər iştirakçısı Nadejda Tolokonnikova isə bazar ertəsi günorta saatlarında azadlığa buraxıla bilər. Bu barədə “İnterfaks”a onun əri Pyotr Verzilov bildirib.Qeyd edək ki, Nadejda Tolokonnikova və Mariya Alyoxina 2012-ci il fevralın sonlarında üzvləri olduğu “Pussy Riot”un digər 5 üzvü ilə birlikdə kilsəni təhqir etdiklərinə görə həbs olunmuşdular. Belə ki, həmin tarixdə başlarına maska geyinən qızlar kilsədə “pank-dua mərasimi” keçirmişdilər. Buna görə Moskva məhkəməsi 2012-ci ilin avqustunda aksiyanın üç iştirakçısı – Nadejda Tolokonnikova, Mariya Alyoxina və Yekaterina Samutseviçi xuliqanlığa görə 2 il müddətinə həbs etmişdi.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM