Rusiya prezidenti Vladimir Putin hökumətə bir sıra təlimatlar verib.
Anews.az-ın məlumatına görə, federal büdcə hazırlıqları çərçivəsində 2020-2021-ci il payız-qış mövsümündə tibbi qurumların dərman, test sistemləri daxil tibbi təchizat, fərdi mühafizə, dezinfeksiya və antiseptik ehtiyacının qarşılanmasına dair mənbə təsis edilməsini tələb edib.
V.Putin aidiyyəti hesabatın 1 oktyabr 2020-ci il tarixində hazır olması və bu tarixdən etibarən hər ay reallaşdırılmasını istəyib. Təlimatların həyata keçirilməsindən Baş nazir Mixail Mişustin məsuliyyət daşıyacaq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !