Rusiya prezidenti Avropanı qaz qıtlığı gözlədiyi ilə bağlı xəbərdar edibRusiya prezidenti Vladimir Putin potensial enerji böhranı ilə bağlı “həyəcan təbili çalıb.” Rusiya prezidenti Avropa ölkələrinin 18 liderinə, o cümlədən Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Fransua Oland, Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan və digər prezidentlərə və hökumət başçılarına məktub göndərərək, Ukraynanın yığılan borcları ucbatından Avropanı qaz qıtlığı gözlədiyi ilə bağlı xəbərdar edib.Putin yazdığı məktubda göstərib ki, Ukraynanın idxal olunan qaza görə ödənişləri gecikdirməsi, olduqca kritik vəziyyət yaradıb və bu rus qazının Avropaya çatdırılmasına da təsir göstərə bilər.Xatırladaq ki, Avropa Birliyinin idxal etdiyi qazın məhz üçdə biri Rusiya qazının payına düşür.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !