Putin 200 Qərb siyasətçisinə sanksiya tətbiq etdi

13:15 | 19.03.2015
Putin 200 Qərb siyasətçisinə sanksiya tətbiq etdi

Putin 200 Qərb siyasətçisinə sanksiya tətbiq etdi

Rusiya Xarici İşlər Nazirliyi ABŞ və Avropa Birliyinin 200-dən artıq siyasətçisinin ölkə ərazisinə daxil olmasını qadağan edib. Modern.az Rusiya KİV-inə istinadən xəbər verir ki, siyahı Rusiya XİN-nin saytında dərc olunub.

"Rusiya Federasiyasına girişi qadağan olunan siyasətçilərin sayı Avropa Birliyinin və NATO ölkələrinin rusiyalı məmurlara qarşı tətbiq etdiyi qara siyahı ilə analojidir”.

Siyahıda ABŞ-ın 60-dan artıq siyasi xadiminin adı var. Rusiyaya girişi qadağan olunan həmin şəxslər arasında ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Kerolayn Atkinson, prezidentin köməkçiləri Deniel Pfayfer, Bencamin Rode, ABŞ Konqersində fraksiya çoxluğunun başçısı Harri Rid, Nümayəndələr Palatasının spikeri Con Bayner, Senatın xarici siyasət komitəsinin sədri Robert Menendes, senatorlar Meri Lendryu və Con Makkeyn var.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM