Rusiya Qafqazdan Krıma təbii qaz verməyi planlaşdırır.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya prezidenti Vladimir Putin Kubandan Krıma verilən birinci növbə elektrik körpüsünün açılış mərasimində çıxışında bildirib.
"Rusiya energetikləri 2017-ci ildə Qafqazın Qara dəniz sahili ərazisindən Krıma təbii qaz ötürülməsi imkanlarını yaradacaqlar. Belə olan halda yarımadanın mavi yanacaqla təmin olunması üçün şərait yaranacaq. Qısa müddətdə generasiyanı əlavə etmək lazım gələcək. 2017-ci ildə biz, bura Qafqaz ərazisindən qaz verəcəyik. Bu vaxta qədər, 2017-ci ilin sonunda istilik elektrik stansiyası tikilməlidir, hansı ki, əlavə 470 meqavat elektirk enerjisi verəcək", deyə V.Putin vurğulayıb .
Putin onu da qeyd edib ki, 2018-ci ildə daha iki əlavə, 470 meqavat elektrik enerjisi verən blok istifadəyə veriləcək.

www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !