Putin: 9 ayda Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi 67% artıb

10:00 | 24.11.2022
Putin: 9 ayda Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi 67% artıb

Putin: 9 ayda Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi 67% artıb

Rusiya və Ermənistan arasında cari ilin doqquz ayında ticarət dövrüyəsi 67 faiz artıb. Bunu Rusiyanın prezidenti Putin Ermənistanın baş naziri Paşinyanla görüşündə deyib.  
 
Putin Rusiya ilə Ermənistan arasında münasibətlərin müttəfiq olduğunu da qeyd edib.

"Siz bizim ikitərəfli münasibətlərimizi qeyd etdiniz, əlbəttə ki, müttəfiqdir, qədim, dərin köklərə malikdir", - Putin bildirib.

Paşinyan öz növbəsində qeyd edib ki, bu il Ermənistandan Rusiyaya ixrac 80% artıb ki, bu da iki ölkə arasında iqtisadi əlaqələrin dərinləşməsindən xəbər verir.

"İkitərəfli iqtisadi əlaqələrimiz sürətlə inkişaf edir. Müşahidə etdim ki, bu il Ermənistandan Rusiyaya ixrac 80% artıb. Təbii ki, bu, tədarük zəncirindəki bəzi dəyişikliklərlə bağlıdır, lakin bu, bir faktdır”, - deyə o qeyd edib.


Ermənistanın Milli Statistika Komitəsinin məlumatına görə, bu ilin 9 ayı ərzində Ermənistanın Rusiya ilə xarici ticarət dövriyyəsi 2021-ci ilin yanvar-sentyabrı  ilə müqayisədə 80,5% artaraq 3 207 926,6 min dollar təşkil edib. Eyni zamanda, hesabat dövründə Ermənistan Respublikasından Rusiya Federasiyasına ixrac 2,4 dəfə artaraq 1 404 681,7 min dollar, idxal isə 1 947 145,7 min dollar (artım 44,8%) təşkil edib. 
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb