Putin Allahşükür Paşazadəni Fəxri Fərmanla təltif edib

14:37 | 29.05.2015
Putin Allahşükür Paşazadəni Fəxri Fərmanla təltif edib

Putin Allahşükür Paşazadəni Fəxri Fərmanla təltif edib

Rusiya Federasiyası prezidenti Vladimir Putin Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadəni Fəxri Fərmanla təltif edib.

APA-nın məlumatına görə, Fəxri Fərmanı bu gün Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin QMİ-də Şeyxülislama təqdim edib.
 
Səfir qeyd edib ki, Şeyxülsilam konfessiyalararası dialoq, sosial-mədəni münasibətlərin inkişafında xidmətlərinə görə təltif olunur.
 
Tədbirdə qeyd olunub ki, buna qədər A. Paşazadə Rusiyanın "Dostluq” və "Şöhrət” ordenləri, həmçinin Rus Pravoslav Kilsəsinin "Böyük Knyaz Vladimir” adına I dərəcəli ordeni, "Müqəddəs Sergey Radonejevski” adına I dərəcəli ordeni və "Şöhrət və Şərəf” ordeni ilə də təltiv olunub.
 
Mərasimdə Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və digərləri iştirak ediblər.
 
A. Paşazadə bildirib ki, həyatı Rusiya ilə bağlıdır: "Biz keçmiş Sovet İttifaqında birgə yaşamışıq. Bu gün də Azərbaycan və Rusiya əlaqələri möhkəmdir və biz də bunda aktiv rol oynayırıq".
 
Şeyxülislam qeyd edib ki, Rusiya prezidenti Vldaimir Putinin ona münasibəti yüksək səviyyədədir: "Putinin mənə yüksək münasibəti, etimadı var. Bunu onunla dəfələrlə görüşümüzdə də bildirib. Mən də həmişə çalışmışam ki, bu etimada sadiq, sədaqətli olum”.
 
A. Paşzadə onu da bildirib ki, istər Heydər Əliyevin vaxtında, istərsə də indi prezident İlham Əliyevin sayəsində Rusiya-Azərbaycan dostluğu yüksək səviyyədədir.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM