Putin: "Amma praktikada tamam başqa şey baş verir"

17:53 | 23.01.2015
Putin:

Putin: "Amma praktikada tamam başqa şey baş verir"

Rusiya prezidenti Vladimir Putin Ukraynada sağlam təfəkkürün qalib gələcəyinə və Kiyevin münaqişənin həllinin sülh yolunu axtaracağına ümid etdiyini bəyan edib.

"Biz bugünkü rəsmi Kiyevdən də tez-tez bu ölkədə münaqişənin həlli yoluna meyilli olduqlarını eşidirik, amma praktikada tamam başqa şey baş verir”, - Putin bəyan edib. "Ümid edirəm ki, sonda sağlam təfəkkür qələbə çalacaq”, - Rusiya prezidenti əlavə edib. Daha öncə isə məlum olub ki, Ukraynada hərbi əməliyyatlar nəticəsində apreldən bu yana 5 min insan həlak olub. //oxu.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM