Narışkin bəyanat verdi.
Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin gələn həftə Türkiyəyə səfər edəcək.
Oxu.Az RİA Novosti-yə istinadla xəbər verir ki, o, Çanaqqala döyüşünün 100 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edəcək.
"Gələn həftə mənə Çanaqqala döyüşünün yüz illiyi ilə bağlı keçiriləcək tədbirlərdə iştirak etmək üçün Türkiyədə, bu dəfə İstanbulda olmaq xoşbəxtliyi nəsib olacaq”, - Narışkin Türkiyə parlamentinin spikeri Cəmil Çiçəklə görüşdə deyib.
Qeyd edək ki, öncə Putinin Türkiyəyə səfəri gözlənilirdi, lakin göründüyü kimi Rusiya dövlət başçısının planları dəyişib.
Hazırda Putinin aprelin 24-də qondarma "erməni soyqırımı”nın 100 illiyində iştirak etmək üçün Ermənistana gedəcəyi məlum deyil.
Əlavə edək ki, Çanaqqala döyüşünün 100 illiyi 23-24 aprel tarixinə təsadüf edir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !