"Avrasiya İqtisadi İttifaqı digər ölkələr üçün də açıqdır".
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Ali Avrasiya İqtisadi Şurasının iclasından sonra dövlət başçılarının mətbuat nümayəndələri üçün keçirdiyi brfinqdə Rusiya prezidenti Vladimir Putin bildirib.
"Avrasiya İttifaqı MDB-dəki bütün qonşularımız, Qərb və Şərqdəki tərəfdaşlarımız üçün açıqdır. Ermənistan və Qırğızıstanın quruma qoşulması bu ölkələrin inkişafına kömək edəcək. İştirakçıların sayının artması İttifaqın özünə xeyirlidir",- deyə o vurğulayıb.
Rusiya prezidenti qeyd edib ki, Avrasiya inteqrasiyası bütün tərəflərin fikirləri nəzərə alınmaqla, qarşılıqlı mənfəət və hörmət üzərində qurulub: "İttifaq üzvləri bərabər hüquqlara və vəzifələrə malikdirlər. Biz elə etməliyik ki, Avrasiya İttifaqı güclü iqtisadi artım mərkəzinə çevrilsin".
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !