Putin Çaykaya yeni vəzifə verdi

19:30 | 22.01.2020
Putin Çaykaya yeni vəzifə verdi

Putin Çaykaya yeni vəzifə verdi

Rusiya Prezidenti Vladimir Putin Yuri Çaykanı Şimali Qafqaz Federal Dairəsinin səlahiyyətli nümayəndəsi təyin edib. "Qafqazinfo”nun xəbərinə görə, bu barədə rəsmi Kreml məlumat yayıb.


"Rusiya Prezidenti Vladimir Putin, Rusiya Federasiyası Konstitusiyasının 83-cü maddəsinin "k” bəndinə uyğun olaraq, öz fərmanı ilə Yuri Yakovleviç Çaykanı Rusiya Federasiyası Prezidentinin Şimali Qafqaz Federal Dairəsində səlahiyyətli nümayəndəsi təyin etdi. Fərman imzalandığı gündən qüvvəyə minir”, - deyə məlumatda qeyd olunub.


Xatırladaq ki, sabiq Baş Prokuror Yuri Çayka yanvarın 20-də istefa verib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb