Rusiya Federasiyasıın prezidenti Vladimir Putin federal qanun imzalayıb.
"Report" TASS-a istinadən xəbər verir ki, qanun Azərbaycanla investisiyaların artırılması və qarşılıqlı qorunması sazişinin ratifikasiyası haqqındadır.
"Saziş Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında qarşılıqlı faydalı iqtisadi-ticari və elmi-texniki əməkdaşlığın inkişafı üçün əlverişli şəraitin yaradılması məqsədi daşıyır", - sənəddə deyilir.
Qeyd edək ki, federal qanun 2015-ci il oktyabrın 23-də Dövlət Duması tərəfindən qəbul, oktyabrın 28-də isə Federasiya Şurası tərəfindən təsdiq edilmişdi.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !